TFF Vinçenzo Montella ilə yolları ayırır!


ELAZ.İNFO xəbər verir ki, TFF Arda Turanla bağlı gözlənilməz addım atıb.
TFF cümə günü Vinçenzo Montella ilə yollarını ayıra bilər. Federasiya Arda Turana ikili vəzifə təklif etməyi planlaşdırır.
Jurnalist Yakup Çınarın məlumatına görə, TFF prezidenti İbrahim Hacıosmanoğlu federasiya daxilindəki istefa dalğasına və seçki məsələsinin gündəmdə olmasına baxmayaraq, vəzifəsində qalmaq niyyətindədir. Çınar həmçinin federasiyanın cümə günü Milli Komandanın baş məşqçisi Vinçenzo Montella ilə yollarını ayıra biləcəyini irəli sürüb.
Çınarın paylaşdığı məlumata əsasən, seçki məsələsinin müzakirə mövzusu olmasına baxmayaraq, Hacıosmanoğlunun istefa vermək niyyəti yoxdur. Bildirilir ki, cümə günü keçirilməsi nəzərdə tutulan iclasda Milli Komanda, Montella və hakimlik məsələləri müzakirə olunacaq və bu iclasdan Türkiyə futbolu ilə bağlı mühüm qərarlar çıxa bilər.
Aydan





