Qeyri-adi gözəllik yarışı: Ev heyvanları ustaları itlər üzərində yaradıcılıq bacarıqlarını nümayiş etdirdilər!

23.11.2026

Kanadada ev heyvanlarına qulluq və dizayn sənəti üzrə rəngarəng və maraqlı yarışma keçirilib. Müsabiqə iştirakçıları dördayaqlı dostlara xüsusi bayram görkəmi vermək üçün öz peşəkar məharətlərini ortaya qoyublar.

ELAZ.INFO “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətinin Mississaqa (Mississauga) şəhərində “Tru North Christmas Canadian Pet Expo” sərgisi çərçivəsində ev heyvanları salonlarının yaradıcılıq müsabiqəsi təşkil olunub. Tədbir zamanı peşəkar qulluq ustaları (qrummerlər) müxtəlif cinsdən olan itlərin tüklərinin kəsimi, formaya salınması və yaradıcı üslubda bəzədilməsi üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Sərgi iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan müsabiqə ev heyvanlarına qulluq sahəsində müasir yaradıcılıq yanaşmalarını ön plana çıxarıb.

Ruslan MƏMMƏDOV

👁 150