Moskvada böyük beynəlxalq toplantı: 40-dan çox ölkədən 1000-dən artıq nümayəndə bir araya gəldi!

23.11.2026

Rusiya paytaxtında yerli özünüidarəetmə orqanları arasında qlobal əməkdaşlığın genişləndirilməsi və müasir şəhərsalma çağırışlarının müzakirəsi məqsədilə mötəbər beynəlxalq tədbirə start verilib. İki gün davam edəcək forumda dünyanın dörd bir yanından gələn şəhər rəhbərləri və ekspertlər təcrübə mübadiləsi aparacaqlar.

ELAZ.INFO xəbər verir ki, Moskvadakı Rusiya Milli Mərkəzində Beynəlxalq Bələdiyyə Forumu öz işinə başlayıb. 40-dan çox ölkədən 1000-dən artıq nümayəndənin qatıldığı bu günün sonuns qədər davam edəcək. “Davamlı Şəhər Transformasiyası: Qlobal Çağırışlara Cavab” mövzusuna həsr olunan forumun işgüzar proqramı beş əsas istiqaməti — iqtisadiyyat və innovasiya, beynəlxalq münasibətlər, davamlı bələdiyyə inkişafı, insan resursları və gənclər təşəbbüslərini əhatə edir. İştirakçılar yerli ənənələrin və tarixi yaddaşın qorunması, meqapolislərin milli iqtisadiyyata təsiri, bələdiyyə diplomatiyası və qardaşlaşmış şəhərlərin inkişafı kimi aktual məsələləri müzakirə edəcəklər.

Ümumrusiya Yerli Özünüidarəetmənin İnkişafı Assosiasiyasının (VARMSU) həmsədri və Dövlət Dumasının komitə sədri İrina Quseva bələdiyyələrin beynəlxalq əməkdaşlıqda artan rolunu xüsusi vurğulayıb: “Güclü bələdiyyələr olmadan ölkənin inkişafı mümkün deyil. Onlar hazırda beynəlxalq əməkdaşlığın əsas iştirakçılarına çevrilirlər. Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə keçirilən bu forum bizə real nəticələrə yönəlmiş davamlı bələdiyyələrarası tərəfdaşlıq sistemi qurmağa imkan verir.”

Tədbirdə Rusiya Prezident Administrasiyasının daxili siyasət üzrə müavini Yevgeni Qraçov, Prezident yanında Milli Tarixi Yaddaş Mərkəzinin direktoru Yelena Malışeva, eləcə də Moskva, Kazan, Krasnoyarsk, Penza, Blaqoveşçensk, Veliki Novqorod və Ulan-Ude şəhərlərinin merləri iştirak edirlər. Xarici nümayəndə heyətləri arasında isə Türkiyə, Özbəkistan, Qırğızıstan, Belarus, Çin, Qətər, İraq, İndoneziya, Tayland və digər ölkələrin təmsilçiləri yer alıb. 2025-ci ildə Rusiya prezidentinin fərmanı ilə illik tədbir kimi təsis edilən forum Rusiya hökumətinin dəstəyi və “Roskonqress” Fondunun təşkilatçılığı ilə keçirilir.

Ruslan MƏMMƏDOV

👁 150