Əfsanənin yüksəlişi” filmi diplomatları və dostları bir araya gətirdi!

23.11.2026

Mədəni diplomatiya ölkələr arasında dostluq körpülərinin möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edir. Hindistanın zəngin tarixi-mədəni irsini və əfsanəvi dastanlarını dünyaya tanıtmaq məqsədilə Rumıniyanın paytaxtında möhtəşəm təqdimat mərasimi keçirilib.

ELAZ.INFO xəbər verir ki, Hindistanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki “AFI Cotroceni Cinema City” kinoteatrında “Ramayana: Əfsanənin yüksəlişi” filminin xüsusi nümayişi baş tutub. Tədbirdə çıxış edən Hindistanın Rumıniyadakı səfiri Dr. Manoj Kumar Mohapatra təqdimata böyük maraq göstərdiklərinə və fəal iştiraklarına görə Hindistan icmasının üzvlərinə, eləcə də Hindistanın rumıniyalı dostlarına səmimi təşəkkürünü bildirib. Diplomat həmçinin tədbirin təşkilinə verdiyi dəstəyə görə “Touchdown Media” şirkətinin təmsilçisi Rahul Valiyə və gecədə iştirak edən səfir Sena Lətifə xüsusi minnətdarlığını ifadə edib.

Öz növbəsində çıxış edən Zati-aliləri xanım Sena Lətif Hindistan və Rumıniya arasındakı sıx və mehriban ikitərəfli münasibətlərdən bəhs edərək, iki ölkə arasında güclü mədəni əlaqələrin və davamlı dostluğun mövcud olduğunu vurğulayıb. Hindistanın qədim mədəni irsini və “Ramayana” dastanını tərənnüm edən bu nümayiş Rumıniyadakı Hindistan icmasını və yerli ictimaiyyət nümayəndələrini qarşılıqlı hörmət və dostluq mühitində bir araya gətirib.

Ruslan MƏMMƏDOV

👁 100