Beton döşəmələr çökdü, ölən və yaralananlar var — Dağıntılar altında qalanlar axtarılır!

21.11.2026

Rusiya-Ukrayna müharibəsi zonasında mülki yaşayış məntəqələrinin hədəfə alınması nəticəsində növbəti ağır faciə baş verib. Gecə saatlarında yaşayış binasına endirilən zərbə binanın konstruksiyalarının çökməsinə və dinc sakinlər arasında insan tələfatına səbəb olub.

ELAZ.INFO xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin gecə saatlarında Luqansk vilayətinin (qondarma LXR) Yubileyne qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbə yaşayış binasında dağıntılara yol açıb. Yerli rəhbərliyin təmsilçisi Leonid Paseçnikin məlumatına görə, cümə günü gecə yaşayış binasına dəyən zərbə nəticəsində girişlər arasındakı beton döşəmələr çöküb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində üç nəfər həlak olub, biri uşaq olmaqla altı nəfər yaralanıb. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur və hazırda ərazidə xilasetmə-axtarış əməliyyatları davam etdirilir. Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

Məsələni şərh edən hərbi ekspert Andrey Maroçko hücumun bilərəkdən gecə saatlarında həyata keçirildiyini və məqsədin mülki əhali arasında maksimum itkiyə nail olmaq olduğunu bildirib: “Hücum üçün məhz gecə vaxtı seçilib, çünki insanların əksəriyyətinin bu saatlarda evdə yatdığı və zərbələrin daha ağır nəticələr verəcəyi əvvəlcədən hesablanıb. Məqsəd mülki infrastruktura mümkün qədər çox ziyan vurmaq və dinc sakinlər arasında itkiləri artırmaqdır.”

Ruslan MƏMMƏDOV

👁 100