Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü!

21.11.2026

Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında mövcud olan dostluq münasibətlərinin dərinləşdirilməsi, humanitar, mədəni və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində yüksək səviyyəli təmaslar davam etdirilir. Rəsmi səfər çərçivəsində keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı anlaşmanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüş zamanı Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə, o cümlədən humanitar, təhsil, mədəniyyət və sosial sferalarda ikitərəfli əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədirlər.

Ruslan MƏMMƏDOV

👁 90