Kiyevdən kritik xəbərdarlıq: Zelenski yeni hərbi planı açıqladı!

20.11.2026

Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevə beynəlxalq maliyyə, hərbi və diplomatik dəstəyin koordinasiyası istiqamətində təmaslar davam etdirilir. Beynəlxalq tərəfdaşların iştirakı ilə keçirilən müzakirələrdə Ukraynanın müdafiə qabiliyyətinin artırılması və qış mövsümündə hava məkanının qorunması əsas prioritetlər sırasında yer alır.

ELAZ.INFO xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Könüllülər Koalisiyası”nın görüşünün yekunları və tərəfdaşlarla aparılan müzakirələrin əsas istiqamətləri barədə açıqlama verib. Dövlət başçısı görüşdə iştirak edən bütün tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, gündəlikdə Ukraynaya əlavə dəstək mexanizmləri və təhlükəsizlik məsələləri dayanır:

“Bu gün Könüllülər Koalisiyasının görüşündə iştirak edən bütün tərəfdaşlara təşəkkür edirəm. Biz əlavə dəstəyi müzakirə edirik: büdcə ehtiyaclarını ödəmək üçün Ukraynaya 45 milyard avro ayırmaq barədə Avropa İttifaqı qərarının mümkün qədər tez həyata keçirilməsi; xüsusilə PURL mexanizmi vasitəsilə hava hücumundan müdafiənin gücləndirilməsi; hava hücumundan müdafiə vasitələrinin qış paketi və Avropa ilə birlikdə inkişaf etdirə biləcəyimiz yeni hərbi imkanlar. Əlbəttə ki, biz həmçinin ləyaqətli sülhə nail olmağa yönəlmiş diplomatiyanı da müzakirə edirik. Müdafiəmizi gücləndirən və Rusiya ilə müharibəyə son qoymaq üçün çalışan hər kəsə minnətdaram.”

Qeyd edək ki, tərəfdaş ölkələr arasında aparılan bu müzakirələr həm Ukraynanın maliyyə sabitliyinin qorunmasına, həm də cəbhə xəttində və enerji infrastrukturunun müdafiəsində yeni hərbi imkanların səfərbər olunmasına yönəlib.

Ruslan MƏMMƏDOV

👁 190