Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə vidalaşıb

20.11.2026

Azərbaycan təhsil sisteminin idarə olunması və biliyin qiymətləndirilməsi mexanizmlərinin müasirləşdirilməsində mühüm mərhələ hesab olunan kadr dəyişikliyi ilə əlaqədar olaraq, uzun illər Dövlət İmtahan Mərkəzinə rəhbərlik etmiş Məleykə Abbaszadə kollektivlə görüş keçirib. Ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyinat alan Məleykə Abbaszadə qurumdakı çoxillik fəaliyyətinə yekun vurub.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) kollektivi ilə görüşərək vidalaşıb. Görüşdə çıxış edən Məleykə Abbaszadə uzun illər birgə çalışdığı kollektiv qarşısında vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, daha sonra isə Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı prosesində keçilən yola nəzər salıb. O, bu illər ərzində həyata keçirilən mühüm islahatlardan, əldə edilən nailiyyətlərdən və təhsilin qiymətləndirilməsi sahəsində görülən işlərdən danışıb, kollektivin fədakar əməyini yüksək qiymətləndirib.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qurumun qarşısında duran mühüm dövlət vəzifələrinin bundan sonra da yüksək peşəkarlıqla və uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib. Görüşün sonunda Dövlət İmtahan Mərkəzinin kollektivi adından Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilməsi münasibətilə səmimi qəlbdən təbrik edilib, ona bu məsuliyyətli və şərəfli fəaliyyətində yeni-yeni nailiyyətlər və uğurlar arzulanıb.

Ruslan MƏMMƏDOV

👁 250