Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə kollektivə təqdim olunub

Ölkənin ən qocaman və aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində (BDU) rəhbərlik dəyişikliyi ilə bağlı rəsmi təqdimat mərasimi keçirilib. Ali məktəbin idarəetmə sisteminin təkmilləşdirilməsi və tədris-elmi potensialının daha da gücləndirilməsi istiqamətində bu təyinat təhsil ictimaiyyətinin diqqət mərkəzindədir.
ELAZ.INFO xəbər verir ki, bu gün Bakı Dövlət Universitetinin yeni rektoru, təhsil sahəsində mühüm və çoxillik fəaliyyəti ilə seçilən Məleykə Abbaszadə universitet kollektivinə təqdim edilib. Təqdimatla bağlı paylaşılan fikirlərdə vurğulanıb ki, Məleykə xanımın təhsilin idarə olunması sahəsində zəngin təcrübəsi və Azərbaycan təhsilinin inkişafına verdiyi mühüm töhfələr Bakı Dövlət Universitetinin qarşıdakı inkişaf mərhələsində və yeni hədəflərə çatmasında mühüm rol oynayacaq. Eyni zamanda, Məleykə Abbaszadəyə yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulanıb, universitet kollektivinə isə fəaliyyətlərində müvəffəqiyyətlər və təşəkkür ifadə olunub.
Ruslan MƏMMƏDOV




