Ukrayna lideri komanda heyəti ilə Berlinə səfər edib: 40-dan çox tərəfdaşın iştirakı ilə Hazırlıq Koalisiyasının iclası keçiriləcək

19.11.2026

Regionda təhlükəsizliyin bərpası, müharibəyə son qoyulması və beynəlxalq dəstəyin koordinasiyası istiqamətində diplomatik fəallıq davam edir. Bu çərçivədə Almaniyanın paytaxtı Berlində mühüm beynəlxalq müzakirələr və yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılır.

ELAZ.INFO xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski komanda heyəti ilə birlikdə Berlinə çatdığını açıqlayıb. Dövlət başçısı bildirib ki, qarşıda Amerika prezident komandası da daxil olmaqla 40-dan çox tərəfdaş ölkə və nümayəndə heyətinin təmsil olunacağı Hazırlıq Koalisiyasının (Coalition of the Willing) iclası keçiriləcək.

Ukrayna liderinin sözlərinə görə, Kiyevin bu görüşlərdəki əsas prioritetləri ölkənin hava məkanının müdafiəsinin gücləndirilməsi, enerji və maliyyə dəstəyinin artırılması, eləcə də müharibəyə son qoymaq və təhlükəsizliyi təmin etmək üçün diplomatik yolların və növbəti addımların müəyyənləşdirilməsidir. O qeyd edib ki, Avropanın danışıqlar prosesində tam şəkildə iştirakını təmin etmək və məhsuldar görüşlər keçirmək üçün bütün səylər səfərbər olunub.

Səfər çərçivəsində avropalı tərəfdaşlarla, o cümlədən Almaniya Kansleri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Amerika və Avropa ölkələrinin milli təhlükəsizlik müşavirlərinin (müvafiq müdafiə iştirakı ilə də ayrıca görüş təşkil ediləcək. Volodimir Zelenski paylaşımının sonunda Ukraynaya dəstək göstərən və kömək edən bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Ruslan MƏMMƏDOV

👁 120