Tibb İşçiləri Qripə Qarşı Peyvənd Olunublar

2026–2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar ölkə üzrə mövsümi qrip və respirator virus infeksiyalarına qarşı peyvəndləmə kampaniyası davam edir. Bu çərçivədə Salyanda da tibb işçiləri qripə qarşı peyvənd olunublar.
ELAZ.INFO xəbər verir ki, vaksinasiya zamanı Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən Niderland istehsalı olan dördvаlentli “Influvac Tetra” qrip vaksinindən istifadə edilir.
Kimlər Peyvənd Oluna Bilər?
Qripə qarşı peyvəndləmə ilk növbədə risk qrupuna daxil olan şəxslər — səhiyyə işçiləri, hamilə qadınlar, 6 aydan yuxarı uşaqlar, 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan vətəndaşlar üçün nəzərdə tutulur.
Mütəxəssislər vurğulayırlar ki, vaksinasiya mövsümi qripdən qorunmağın və xəstəliyin mümkün ağırlaşma riskini azaltmağın ən mühüm yollarından biridir. Qeyd: Qripə qarşı peyvəndləmə könüllülük prinsipi əsasında aparılır və vətəndaşlar üçün tam ödənişsizdir.
Sağlamlığınızı qoruyun, profilaktik tədbirlərə laqeyd yanaşmayın!
Ruslan MƏMMƏDOV 🖋️




