zərbaycan və Gürcüstan Dəmir Yolları Arasında Sərhəd-Keçid və Daşıma Prosesləri Sürətləndirilir

Azərbaycan və Gürcüstan arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid prosedurlarının sürətləndirilməsi məqsədilə mühüm müzakirələr aparılıb.
ELAZ.INFO xəbər verir ki, Azərbaycan Dəmir Yollarının nümayəndə heyəti bu istiqamətdə görülən işlərlə yerində tanış olmaq üçün Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarında olub. Səfər çərçivəsində gürcüstanlı həmkarlarla birgə stansiyalarda qatarların qəbulu, emalı və yola salınması proseslərinin daha səmərəli qurulması, eləcə də mövcud infrastrukturun ötürücülük imkanları ətraflı müzakirə edilib. Görüş zamanı tərəflər sərhəd stansiyalarında texniki baxış prosedurlarının optimallaşdırılması istiqamətində artıq müsbət nəticələrin əldə olunduğunu və bunun yükdaşımaların intensivliyinə müsbət təsir göstərdiyini xüsusi qeyd ediblər.
Ruslan MƏMMƏDOV 🖋️




