Leyla Əliyeva Qaraçuxur İdman Zalının Açılışında İştirak Edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yeni istifadəyə verilən Qaraçuxur İdman Zalının açılış mərasimində iştirak edib.
ELAZ.INFO xəbər verir ki, tədbir çərçivəsində müasir standartlara uyğun qurulan idman kompleksində yaradılmış şəraitlə tanışlıq olub. Yeni istifadəyə verilən Qaraçuxur İdman Zalı qəsəbə sakinlərinin, xüsusilə də uşaq və gənclərin idmanla məşğul olması, sağlam həyat tərzinin təbliği və peşəkar idmançıların yetişdirilməsi üçün geniş imkanlar açır. Zalda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün zəruri avadanlıqlar quraşdırılıb. Açılış zamanı gənc idmançıların nümunəvi çıxışları izlənilib, onlarla səmimi söhbət aparılıb və idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Ruslan MƏMMƏDOV 🖋️




