Kaliforniya Qubernatoru Qevin Nyusom Ukraynaya Tibbi Yardım Göndərir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ildönümü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Ukraynaya səfər edərək ölkəyə yeni humanitar yardım paketinin göndəriləcəyini açıqlayıb.
ELAZ.INFO xəbər verir ki, Kaliforniya Qubernatorunun Ofisinin yaydığı rəsmi məlumata görə, Lvov şəhərində səfərdə olan Qevin Nyusom ştatın Ukrayna xalqı ilə otuz ildən artıqdır davam edən tərəfdaşlığına sadiq qaldığını bildirib. Qubernator Qevin Nyusomun bəyanatına əsasən, Kaliforniya ştatı humanitar tərəfdaş təşkilatlar vasitəsilə Ukraynaya yeni həyati əhəmiyyətli tibbi ləvazimatlar göndərir. Səfər və yardım aksiyası çərçivəsində 50 çarpayılıq səhra tibb məntəqəsi, 1300-dən çox xəstəxana çarpayısı, 11 milyondan artıq sarğı materialı, minlərlə yara baxımı dəsti, qoruyucu vasitələr və 20 ədəd portativ generator təqdim olunur.
Kaliforniya qubernatoru Qevin Nyusom səfərlə bağlı rəsmi müraciətində deyib: “Mən Ukraynaya getdim, çünki tezliklə Rusiyanın genişmiqyaslı işğalının başlamasının beş illiyi tamam olur. Kaliforniya, ştatımızın Ukrayna xalqı ilə onilliklər boyu davam edən tərəfdaşlığına əsaslanaraq, humanitar tərəfdaş vasitəsilə Ukraynaya yeni həyat qurtaran tibbi yardım göndərir. Azadlığı uğrunda mübarizə aparan heç bir insan təkbaşına dayanmağa dəyərmi deyə düşünməməlidir.”
Ruslan MƏMMƏDOV 🖋️




