Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsux İstefa Verdi

Monqolustanın dövlət başçısı Uxnaaqiyn Xürelsux vəzifəsindən istefa verdiyini rəsmən açıqlayıb.
ELAZ.INFO xəbər verir ki, Uxnaaqiyn Xürelsux Ulan-Batorda keçirdiyi mətbuat konfransında bəyan edib ki, son bir ay ərzində müəyyən cinayətkar qruplar tərəfindən onun ünvanına son dərəcə ağır cinayətlə bağlı böhtanlar atılıb, prezidentlik institutunun nüfuzuna və şərəfinə xələl gətirilib. O, bu müddət ərzində vəziyyəti müşahidə edərək susduğunu, lakin məsuliyyətli vəzifə tutan şəxs kimi qanun qarşısında bərabərlik prinsipini əsas götürərək istefa vermək qərarına gəldiyini vurğulayıb.
“Prezidentin şərəfinə edilən hücum xalqın şərəfinə edilən hücumdur. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqir olunmuşam. Hamı qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasının bir qrupu Monqolustan Prezidentinin istefa verməsi və obyektiv araşdırma aparılması mövqeyini ifadə etdi. Mən bununla razıyam.”
Sabiq dövlət başçısı həmçinin onun nüfuzuna xələl gətirənlərin qanun qarşısında məsuliyyət daşıyacağına və şərəfinin tam bərpa olunacağına əminliyini ifadə edib.
Ruslan MƏMMƏDOV 🖋️




