Qatarlarının Hərəkətində Gecikmələr Yaranıb

17.11.2026

Krım körpüsündə nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması səbəbindən Krım istiqamətində hərəkət edən bir neçə “Tavriya” sərnişin qatarının qrafikində ciddi gecikmələr qeydə alınıb.

ELAZ.INFO xəbər verir ki,”Grand Service Express” daşıyıcı şirkətinə istinadən yaydığı məlumata görə, hazırda Krıma gedən dörd qatar təyinat məntəqəsinə gecikir.Şirkətin açıqlamasında bildirilir ki, 17 noyabr tarixinə olan məlumata əsasən, qatarların gecikmə müddəti aşağıdakı kimidir:

007/008 nömrəli Sankt-Peterburq – Kerç qatarı — 4 saat; 092/091 nömrəli Moskva – Kerç qatarı — 4 saat; 15/316 nömrəli Adler – Kerç qatarı — 3,5 saat; 27/28 nömrəli Moskva – Kerç qatarı — 2,5 saat. Daşıyıcı şirkət qeyd edib ki, hərəkət cədvəli dörd saatdan artıq gecikən qatarların sərnişinləri ödənişsiz qida və içməli su ilə təmin olunacaqlar.

Ruslan MƏMMƏDOV 🖋️

👁 170