Almaniya və Niderland Millətlər Liqasının 1/4 Finalına Vəsiqə Qazanıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda baş tutan qarşılaşmalardan sonra Almaniya və Niderland (Hollandiya) milli futbol komandaları turnirin pley-off (1/4 final) mərhələsinə yüksəliblər.
ELAZ.INFO xəbər verir ki, qrup mərhələsinin sonuncu matçında Almaniya yığması doğma meydanda Niderlandı 5:0 hesabı ilə darmadağın edib. Paralel keçirilən digər oyunda isə Yunanıstan öz meydanında Serbiya seçməsini 1:0 hesabı ilə məğlub edib. Nəticədə Almaniya, Niderland və Yunanıstanın hər biri qrup mərhələsini 11 xalla başa vurub. Lakin top fərqində üstün olan Almaniya və Niderland növbəti mərhələyə adlayıb, Yunanıstan isə üçüncü pillədə qərarlaşıb. Serbiya isə elit diviziondan birbaşa aşağı liqaya düşməkdən xilas ola bilib.
Hazırda Millətlər Liqasının 1/4 final mərhələsində mübarizə aparacaq 8 komandadan 7-nin adı dəqiqləşib. Almaniya və Niderlandla yanaşı, Fransa, Belçika, İngiltərə, İspaniya və turnirin son qalibi Portuqaliya milliləri də pley-off mərhələsində oynayacaqlar. Sonuncu vəsiqənin sahibi isə bu gün (17 noyabr) Kopenhagendə keçiriləcək Danimarka – Norveç qarşılaşmasından sonra bəlli olacaq. Növbəti mərhələyə yüksəlmək üçün Danimarka yığmasına məğlub olmamaq kifayət edir.
Qeyd edək ki, UEFA Millətlər Liqasının Elit Divizionunda hər qrupun ilk iki pilləsini tutan komandaları birbaşa dörddəbir finala yüksəlir. Qruplarda sonuncu yeri tutan iki komanda isə aşağı diviziona yuvarlanır. Üçüncü və dördüncü yerlərin sahibləri növbəti mövsümdə Elit Divizionda qalmaq hüququ uğrunda aşağı liqanın ikinciləri ilə pley-off matçları keçirəcəklər.
Ruslan MƏMMƏDOV 🖋️




