ABŞ-ın 5-ci Donanması Yaxın Şərqdə Hava Əməliyyatlarını Fasiləsiz Davam Etdirir

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yerləşən 5-ci Donanmasının aviadaşıyıcı gəmisinin göyərtəsində hərbi aviasiya uçuşları intensiv şəkildə davam etdirilir.
ELAZ.INFO xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata əsasən, gəmi heyəti və dənizçilər regiondakı əməliyyatlara dəstək vermək məqsədilə fasiləsiz və koordinasiyalı rejimdə fəaliyyət göstərirlər. Məlumatda qeyd olunur ki, dənizçilər uçuş göyərtəsində təyyarələrin hərəkətini dəqiqliklə idarə edir, operativ olaraq dəyişən vəziyyətlər barədə məlumat mübadiləsi aparır və uçuşların tam təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin edirlər. Bu fəaliyyətlər ABŞ-ın 5-ci Donanmasının Yaxın Şərqdə dəniz təhlükəsizliyinin qorunması və regional sabitliyin təmin edilməsi istiqamətində apardığı əməliyyatların əsas tərkib hissəsidir.
Ruslan MƏMMƏDOV 🖋️




