Kim Çen Indan Diqqətçəkən Addım…

17.11.2026

Şimali Koreya lideri Kim Çen Çinə səfər edəcəyi və APEC sammitində iştirak ehtimalları ilə bağlı yayılan şayiələr fonunda Çin sərhədi yaxınlığında inşa edilən Samjiyon turizm zonasında tikinti işlərinə baxış keçirib.

ELAZ.INFO xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın yaydığı məlumata görə, Kim Çen In bazar və bazar ertəsi günləri (15–16-17 noyabr) qızı Kim Çju E ilə birlikdə ərazidə olub. Səfər çərçivəsində Şimali Koreya lideri Samjiyon hava limanının yenidənqurma işləri, turist dəmir yolu xətti və xizək kurortu ilə yaxından tanış olub. O, inşa edilən otelləri, istirahət evlərini və digər yaşayış obyektlərini incəliklə tikildiyinə görə “qüsursuz” adlandıraraq ən yüksək qiymətə layiq olduğunu bildirib. Kim Çen Çin sərhədi yaxınlığında görünməsi beynəlxalq gündəmdə onun Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinə qatıla biləcəyi ilə bağlı müzakirələri artırıb. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Çin səfəri zamanı Si Cinpinin dəvəti ilə Kim Çen Inla görüşə biləcəyinə dair açıqlamaları bu ehtimalları daha da gücləndirib.

Bununla yanaşı, Şimali Koreyanın yüksək vəzifəli rəsmisinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin Pxenyanın Rusiyaya hər ay onlarla ballistik raket tədarük etməsi barədə bəyanatları fonunda regiondakı diplomatik proseslər diqqətlə izlənilir. Lakin ekspertlər qeyd edirlər ki, Samjiyon şəhəri ilə sammitin keçirildiyi Şençjen arasındakı məsafə 2500 kilometrdən çoxdur və KCNA-nın hesabatında ABŞ-la hər hansı görüşə hazırlıq əlamətləri yer almayıb.

Ruslan MƏMMƏDOV 🖋️

👁 320