ABŞ-ın 20-dən çox döyüş gəmisi bölgədədir

ELAZ.İNFO xəbər verir ki, Pentaqon Yaxın Şərqdə hərbi qüvvələrini artırdı
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə mövqelərini gücləndirib. “USS Theodore Roosevelt” aviadaşıyıcısının bölgəyə çatması ilə Amerikanın hərbi-dəniz qüvvələrinin sayı 20-dən çox gəmiyə yüksəlib. Bu addım İranla davam edən qarşıdurma fonunda Vaşinqtonun regiondakı hərbi imkanlarını genişləndirir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, aviadaşıyıcı Hind okeanından keçərək noyabrın 16-da qurumun məsuliyyət zonasına daxil olub.
Hazırda USS Theodore Roosevelt ilə yanaşı, USS George H.W. Bush və USS George Washington aviadaşıyıcıları da regionda fəaliyyət göstərir.
Aydan
170




