Boğaz ağrınız varsa, diqqət yetirin!

07.10.2026


ELAZ.İNFO
xəbər verir ki, qış aylarında tez-tez rast gəlinən boğaz ağrısı və boğaz qıcıqlanması gündəlik həyata mənfi təsir göstərə bilər.

Virus və ya bakteriya mənşəli ola bilən boğaz ağrısını yüngülləşdirmək üçün tibbi müalicə ilə yanaşı, təbii vasitələrdən də istifadə etmək mümkündür.
Bu mövsümdə tez-tez müşahidə olunan boğaz ağrısı viruslar və ya bakteriyalar səbəbindən yarana bilər. İnfeksiya ilə əlaqəli boğaz ağrıları bəzən hərarət, öskürək, burun axıntısı, asqırma, ürəkbulanma və baş ağrısı ilə müşayiət olunur. Boğaz ağrısı viruslar, bakterial infeksiyalar və digər xarici amillər səbəbindən yarana bilər. Tibbi müalicə imkanları mövcud olsa da, virus infeksiyaları nəticəsində yaranan boğaz ağrıları bəzən öz-özünə keçib gedir. Lakin bakterial infeksiyalar səbəbindən yaranan boğaz ağrıları antibiotiklər və ya qidalanma tədbirləri ilə müalicə olunur. Bunlardan əlavə, kifayət qədər istirahət etmək və yatmaq, həmçinin yüksək səslə danışmaqdan çəkinmək də boğaz ağrısı ilə mübarizə yollarıdır.

Adilə Vəliyeva Pediator.

Bizi izləyin və paylaşın
👁25