Texniki nasazlıq 6000-ə yaxın aviareysi iflic etdi!

23.11.2026

Birləşmiş Ştatların hava nəqliyyatında ciddi böhran yaşanır. Ölkənin aparıcı aviaşirkətlərindən birinin elektron sistemində yaranan texniki nasazlıq minlərlə sərnişinin planlarını alt-üst edib və ölkə üzrə kütləvi gecikmələrə yol açıb.

ELAZ.INFO xəbər verir ki, qlobal uçuş izləmə portalı olan “FlightAware”nin məlumatına əsasən, ABŞ-da ümumilikdə 6000-ə yaxın aviareys ya ləğv edilib, ya da təxirə salınıb. Statistikaya görə, son 24 saat ərzində ABŞ hava limanlarında 5700-dən çox uçuş gecikmə ilə yerinə yetirilib, daha 242 reys isə tamamilə ləğv olunub. Bundan əvvəl “The New York Post” qəzeti Amerikanın ən nəhəng aviadaşıyıcılarından biri olan “Delta Air Lines” şirkətinin Corciya ştatının Atlanta hava limanındakı elektron sistemində ciddi texniki nasazlıq baş verdiyini və bunun yüzlərlə reysin gecikməsinə səbəb olduğunu yazmışdı.

Ruslan MƏMMƏDOV

👁 120