Ece İrtemin vəfatından əvvəl atasına dediyi sözlər ürək dağlayıcıdır!

07.10.2026

ELAZ.İNFO xəbər verir ki, Ece İrtem vəfat etmədən deyib ki, “Məni torpağa tapşıracaq şəxs sən olacaqsan.”


“Kızılcık Şerbeti” serialında Işıl obrazını canlandıran Ece İrtemin qəfil ölümü ailəsini sarsıdıb. Kədər içində olan ailə qızlarının itkisi ilə bağlı açıqlamaları ilə diqqət çəkib və Ece İrtemin atasına dediyi sözlər də üzə çıxıb.
“Kızılcık Şerbeti” serialındakı Işıl obrazı ilə məşhurlaşan Ece İrtem iyunun 15-də Kadıköydəki evində vəfat edib.

Ece İrtemin ailəsi ilk dəfə kameralar qarşısına çıxıb. Onun atası Vural İrtem və anası Nuriye İrtem ATV Xəbərə qızlarının son günləri haqqında danışıblar.
Təqaüddə olan prokuror Vural İrtem qızının ölümündən bir gün əvvəl ona dediyi sözləri bölüşüb. Bildirilib ki, Ece İrtem atasına belə deyib: “Bilirsən, ölən sən olmayacaqsan; məni torpağa tapşıracaq şəxs sən olacaqsan.”
Qızının sözləri qarşısında keçirdiyi şoku ifadə edən Vural İrtem deyib: “Özümü itirmişdim. Soruşdum: ‘Qızım, nə danışırsan? Bizim bilmədiyimiz bir şeymi var?’ O isə cavab verdi: ‘Xeyr, mən bunu görürəm.’ Allah hətta düşmənimə belə övlad itkisi acısı yaşatmasın.”

Aydan

Bizi izləyin və paylaşın
👁22
Teqlər: