Orta Dəhlizin rolunu getdikcə artırır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda Mərkəzi Asiya dövlətləri və xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
C. Bayramov müşavirənin ali səviyyəli sammit ərəfəsində keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi olduğu qeyd edilib.
Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı, Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi diqqətə çatdırılı.
Aydan




