Çin İran neftindən üz döndərib, İraq neftinə yönəlib


ELAZ.İNFO xəbər verir ki, Çinin müstəqil neft emalı zavodları İranın neft ixracının kəskin azalması fonunda İraq və Qətərdən neft alışını artırıb.
Reuters-in məlumatına görə, Çin neftayırma zavodları oktyabr və noyabr aylarında çatdırılmaq üçün ən azı 12 milyon barel İraq və Qətər nefti alıb. Ümumi alışların 15–20 milyon barelə çatdığı təxmin edilir. Bu həcmin böyük hissəsini İraqın daha ucuz neft növlərindən sayılan “Orta və ağır Bəsrə” xam nefti təşkil edir.
Bu dəyişiklik Çinin İrandan neft idxalının sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarıya enərək gündəlik 590 min barelə düşdüyü bir vaxtda baş verib. Bu, 2023-cü ilin yanvarından bəri ən aşağı göstəricidir.
Kpler-in məlumatına görə, İranın tankerlərdə, dəniz blokadası zonasından kənarda saxlanılan neft ehtiyatı iyulun sonunda təxminən 100 milyon bareldən 45 milyon barelə qədər azalıb.
Aydan





