Səfir Azərbaycana təşəkkür edib

ELAZ.İNFO xəbər verir ki, “Azərbaycan bu gün Ukraynaya qış mövsümünə hazırlıq üçün həyati əhəmiyyət daşıyan növbəti elektrik avadanlıqları paketini göndərib”.
Bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib.
Səfir bildirib ki, sözügedən yardım Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminə dəymiş ciddi zərər fonunda ölkə üçün böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Ukraynaya transformatorlar, 186 kilometr elektrik kabeli və digər avadanlıqlar daxil olmaqla 10 yük maşını yola salınıb.
Aydan
420




