Sumqayıtda avtomobil piyadanı vurdu: Ölən var


ELAZ.İNFO xəbər verir ki, Sumqayıtda səhər saatlarında baş verən yol qəzası faciə ilə nəticələnib. Koroğlu prospektində avtomobilin vurduğu piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı ilkin məlumata əsasən, 2004-cü il təvəllüdlü Sabir Pərviz oğlu Əliyevin idarə etdiyi “Kia Rio” yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada ağır xəsarətlər alıb və həyatını itirib.
Qəzanın dəqiq səbəbləri hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır və qəzanın başvermə şəraiti müəyyənləşdirilir.
İslam MAHMUDOV
27





