Biləsuvarda 26 yaşlı kişi öldürüldü: Şübhəli şəxs saxlanıldı

05.10.2026

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda baş verən ağır cinayət kənd sakinlərini sarsıdıb. Nərimankənd kəndində 26 yaşlı Milan Soltanlı bıçaqlanaraq öldürülüb.

Hadisə ilə bağlı yayılan məlumata görə, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. Aldığı xəsarətlər nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayətdə şübhəli bilinən şəxsin də mərhumun qohumu olduğu bildirilir. 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılıb və araşdırmaya cəlb olunub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və cinayətin bütün detalları araşdırılır. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁22