Əhməd Yusifov Bakıda tarix yazdı: Azərbaycan cüdosunda yeni ilk


ELAZ.İNFO xəbər verir ki, Azərbaycan cüdosunda daha bir tarixi nəticəyə imza atılıb. Bakıda keçirilən dünya çempionatında tatamiyə çıxan Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq dünya çempionu olub.
27 yaşlı cüdoçu həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu məğlub edib və Azərbaycanın mundialdakı ilk qızıl medalını qazanıb.
Yusifovun çempionluğa gedən yolu da asan olmayıb. O, əvvəlcə Monqolustan təmsilçisini, daha sonra Hindistan cüdoçusunu məğlub edib. Ardınca rusiyalı Ayub Bliyevi və Çin Taypeyi təmsilçisi Yunq Vey Yanqı keçərək finala yüksəlib.
Bu nəticə Azərbaycan cüdosu üçün xüsusi əhəmiyyət daşıyır. Əhməd Yusifov böyüklər arasında dünya çempionatında ölkəyə dördüncü qızıl medalı qazandıran cüdoçu olub. Eyni zamanda 60 kiloqram çəki dərəcəsində Azərbaycan tarixində ilk dünya çempionluğuna imza atıb.
Yarışdan sonra Yusifov növbəti hədəflərinin Avropa və Olimpiya çempionluğu olduğunu bildirib. Bakıda əldə etdiyi nəticə isə onun karyerasında ən mühüm uğurlardan biri kimi yadda qalacaq.
İslam MAHMUDOV







