Oleşki şəhəri: Bura “Ölüm yolu” adlandırılır

05.10.2026

ELAZ.İNFO xəbər verir ki, Ukraynanın Oleşki şəhəri 6 aydır ki, Rusiyanın işğalı altındadır. Şəhərdə su kəsilib, insanlar yeməyə heç nə tapmırlar. Vəziyyət elə bir nöqtəyə çatıb ki, sakinlər itləri və pişikləri yeməyə başlayıblar.

Rusiya ordusu şəhərdən çıxmaq istəyən mülki şəxslərə humanitar koridor açmaqdan imtina edir. Şəhərin ətrafı tamamilə minalanıb və dronlarla nəzarət olunur. Yerli əhali buranı “Ölüm yolu” adlandırır. İnsanlar şəhərdə saxlanılaraq Ukraynaya qarşı “canlı qalxan” kimi istifadə edilir.

Ukrayna ordusu dronlar vasitəsilə şəhərə havadan bir neçə ton ərzaq bağlaması atmağa çalışır. Rus əsgərləri mülki şəxslərin evlərinə basqın edir. Onları döyüb yeməkləri və suları insanların əllərindən alırlar.

Qeyd edək ki, hazırda Oleşki şəhərində 1500 – 2000 nəfər mülki şəxs qalıb. Onların arasında təxminən 47-50 uşaq var…

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁12