“Qayıdış” sənədli filminin təqdimatı keçirilib

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyəti ilə yanaşı filmin rejissoru Elməddin Alıyev, ssenaristi Xəyyam Abdullazadə və operatoru Vasif Vəlizadə də iştirak edib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gəlmiş “Qayıdış” tammetrajlı sənədli filmi “Karvan Production” MMC tərəfindən istehsal olunmuşdur. Filminin rejissoru Elməddin Alıyev, prodüserləri Emil Nəcəfov, Elməddin Alıyev, ssenaristi Xəyyam Abdullazadə və operatoru Vasif Vəlizadədir.
Film bir ailənin 30 ildən sonra Laçına qayıdışından və yenidən sevdikləri peşə ilə məğul olmasından bəhs edir.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uğurlu ekran əsərinə görə filmin yaradıcı heyətinə təşəkkür edərək, yeni-yeni uğurlar arzulayıb.
Sonda “Qayıdış” filmi nümayiş olunub.

Natəvan BƏYDİLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir