Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına tam hazırdır

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində rəsmi İrəvan növbəti addımı atmağa hazır olduğunu bəyan edib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “CNN TÜRK” telekanalına müsahibəsində ölkəsinin həm siyasi, həm də texniki cəhətdən sərhədləri açmağa tam hazır olduğunu bildirib.

ELAZ.İNFO xəbər verir ki, nazir müavini diplomatik münasibətlərin qurulması və səfirlərin təyin edilməsi məsələsinin Ermənistan üçün prioritet olduğunu, lakin bu prosesin qarşılıqlı xarakter daşımalı olduğunu vurğulayıb.

Məlumata əsasən, hazırda diqqət mərkəzində olan əsas keçid məntəqəsi “Əlican”dır (Marqara körpüsü). Türkiyə tərəfində bu məntəqədə yenidənqurma və infrastruktur işləri artıq tamamlanmaq üzrədir (təxminən 90% tamamlanıb). Gümrü-Qars dəmir yolu xəttinin bərpası və işə salınması üçün texniki araşdırmalar davam edir. Ermənistan iqtisadi və loqistik əməkdaşlığı, xüsusən də ABŞ-ın dəstəyi ilə həyata keçirilən TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi çərçivəsində inkişaf etdirməyi planlaşdırır. Bu marşrutun Avropa ilə Mərkəzi Asiyanı birləşdirən vacib həlqə olacağı gözlənilir.

Kostanyan qeyd edib ki, 2025-ci ilin iyununda Baş nazir Nikol Paşinyanın Türkiyəyə tarixi səfəri münasibətlərə yeni impuls versə də, quruda real vəziyyət hələ də əvvəlki illərdəki kimi qalır. Rəsmi Ankara bu addımın Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə eyni vaxtda atılacağını bir neçə dəfə bəyan edib.

Diplomatın fikrincə, regiondakı mövcud təhlükəsizlik riskləri sərhədlərin açılması üçün əlavə stimul rolunu oynayır və bu, hər iki xalqın rifahına xidmət edəcək.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights