Hacıqabulda 432 şagird yerlik yeni məktəb binası tikilir

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Hacıqabul rayonuna səfəri zamanı təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərlə yaxından maraqlanıb. Səfərin əsas diqqət mərkəzində şəhərdə inşası davam edən yeni təhsil ocağı olub.

ELAZ.İNFO xəbər verir ki, idarə müdiri Hacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasında aparılan tikinti və quruculuq işlərinin gedişatına yerində baxış keçirib. 432 şagird yerlik bu müasir məktəb binasının infrastrukturu, otaqların planlaşdırılması və tikinti keyfiyyəti ilə tanış olan Rəşad Musayev görülən işləri yüksək qiymətləndirib.

Baxış zamanı rayon təhsil sektorunun müdiri və podratçı şirkətin nümayəndələri ilə müzakirələr aparılıb. Görüşdə vurğulanıb ki: Regionlarda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni məktəb binası şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri infrastrukturla təmin olunacaq. Belə layihələrin icrası regionda təhsilin səviyyəsinin yüksəlməsinə və tədris şəraitinin yaxşılaşdırılmasına birbaşa xidmət edir.

Rəşad Musayev qeyd edib ki, dövlətimiz tərəfindən regionlarda həyata keçirilən bu cür genişmiqyaslı quruculuq işləri təhsilin gələcək inkişafına verilən ən böyük töhfələrin bariz nümunəsidir. Yeni binanın istifadəyə verilməsi ilə həm şagirdlər, həm də müəllim heyəti üçün daha əlverişli və müasir tədris mühiti yaradılacaq.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights