Tehran Moskvanın Yaxın Şərqlə bağlı sülh təşəbbüslərini nəzərdən keçirir

İran və Rusiya arasında strateji tərəfdaşlıq fonunda, rəsmi Tehran Moskvanın Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı təkliflərinə açıq olduğunu bəyan edib. İkinci həftədir davam edən hərbi gərginlik və ABŞ-ın tətbiq etdiyi dəniz blokadası şəraitində Moskvanın vasitəçilik rolu yenidən gündəmə gəlib.

ELAZ.İNFO xəbər verir ki, İraqın Rusiyadakı səfiri Kazem Cəlali “Vedomosti” qəzetinə verdiyi müsahibədə iki ölkə arasında məsləhətləşmələrin daimi xarakter daşıdığını vurğulayıb. Səfir bildirib ki, 2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında müqaviləyə uyğun olaraq, tərəflər ən yüksək səviyyədə təmaslarını davam etdirirlər. Aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən bir neçə raundluq məsləhətləşmələr ciddi ziddiyyətlər səbəbindən nəticəsiz başa çatıb. Tərəflər uzunmüddətli sülh barədə razılığa gələ bilməyiblər. ABŞ və İsrailin fevralın 28-dən başladığı genişmiqyaslı əməliyyatdan sonra, aprelin 13-dən etibarən İranın dəniz blokadasına start verilib.

Kazem Cəlali Rusiyanı dost ölkə adlandıraraq, Moskvanın hər hansı nizamlanma təşəbbüsünü diqqətlə nəzərdən keçirəcəklərini qeyd edib. Hazırda regionda vəziyyət gərgin olaraq qalır. Aprelin 7-də elan edilmiş iki həftəlik atəşkəs müddəti bitmək üzrədir və yeni məsləhətləşmələrin baş tutub-tutmayacağı hələlik məlum deyil. Rusiyanın təklif edəcəyi diplomatik yolun bölgədəki hərbi gərginliyi azaldıb-azaltmayacağı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights