Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üçün açıqladığı son hesabatda Rusiya iqtisadiyyatının borc yükü ilə bağlı mühüm göstəricilər yer alıb. Statistik məlumatlara əsasən, Rusiya “Böyük İyirmilik” (G20) ölkələri daxilində ən sağlam büdcə göstəricilərindən birini nümayiş etdirir.
ELAZ.İNFO xəbər verir ki, Rusiyanın dövlət borcu hazırda Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 19,1%-ni təşkil edir. Bu, G20 ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.
Reytinqdəki digər ölkələrin vəziyyəti belədir: Ən az borcu olanlar: Rusiya (19,1%), Türkiyə (25,5%) və Səudiyyə Ərəbistanı (32,1%). Ən yüksək borcu olanlar (Anti-liderlər): Yaponiya (204,4%), İtaliya (138,4%) və ABŞ (125,8%). 100% həddini keçənlər: Fransa (118,4%), Kanada (110,7%), Çin (106,9%) və Böyük Britaniya (103,6%). Hesabatda həmçinin digər iqtisadiyyatların borc yükü də qeyd olunub: Braziliya 96,5%-lə 100-lük həddinə yaxınlaşır, Hindistan (83,4%), Almaniya (64,6%) və Cənubi Koreya (54,4%) isə orta pillələrdə qərarlaşıb.
Ekspertlər qeyd edirlər ki, dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması ölkənin maliyyə müstəqilliyini gücləndirir və xarici şoklara qarşı dözümlülüyünü artırır. Rusiyanın bu siyahıda liderliyi həm də sərt pul-kredit siyasəti və büdcə intizamının nəticəsi kimi qiymətləndirilir.
Ruslan Məmmədov