Keçmiş boksçu narkotik ittihamı ilə həbs edildi

Keçmiş boksçu narkotik ittihamı ilə həbs edildi – ağır maddə ilə suçlanır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın sabiq boksçusu Tural Əhmədov barəsində cinayət işi başlanıb və onun haqqında həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, 32 yaşlı idmançıya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib. Həmin maddə satış məqsədilə külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin hazırlanması, daşınması və ya saxlanmasını əhatə edir.

Əhmədovun vaxtilə Azərbaycan çempionu olduğu bildirilir. İndi isə onun adı idmandan tamamilə fərqli – cinayət işi ilə bağlı gündəmə gəlib.

Hazırda iş üzrə araşdırmanın hansı mərhələdə olduğu və ittihamın məhkəmədə necə qiymətləndiriləcəyi hüquqi proses çərçivəsində müəyyənləşəcək.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın