Türkiyədə silahlı hücumla bağlı şübhəli şəxs saxlanılıb

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Afyonkarahisar vilayətində baş verən silahlı hücumla bağlı araşdırma davam edir. Hadisə nəticəsində ölənlərin sayı doqquza yüksəlib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Eskişehir vilayətinin Seyitgazi rayonunda saxlanılıb.

İlkin məlumatlarda qurbanların müxtəlif ünvanlarda aşkar edildiyi, bir neçə nəfərin isə yaralandığı bildirilmişdi. Sonradan xəstəxanada müalicə alan qadınlardan birinin vəfat etməsi ilə ölənlərin sayı artıb.

Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını və motivlərini araşdırır. İstintaqın nəticələri ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.

Günel GÜNTAC

👁 100
Teqlər: