Məcburi köçkün statusunun verilməsində yeni hüquqi imkan yaradılıb

06.11.2026

ELAZ.İNFO xəbər verir ki,  Azərbaycanda məcburi köçkün statusunun müəyyən kateqoriyadan olan şəxslərə verilməsi qaydaları genişləndirilib. Dəyişiklik ailə münasibətləri və əvvəlki yaşayış yeri ilə bağlı məsələləri əhatə edir.

Yeni tənzimləməyə əsasən, işğal olunmuş ərazidə qeydiyyatda qalmış, lakin məcburi köçkünlük yaranmazdan əvvəl işğal olunmamış rayonun sakini ilə nikahda olmuş şəxslərə və onların uşaqlarına da müvafiq statusun verilməsi nəzərdə tutulur.

Əvvəlki qaydalarda bu imkan müəyyən hallarda yalnız qadınlara şamil edilirdisə, yeni dəyişikliklə kişilər də həmin hüquqdan yararlana biləcəklər.

Qərarın əsas əhəmiyyəti eyni ailə vəziyyətində olan şəxslərə münasibətdə hüquqi yanaşmanın genişləndirilməsidir.

İlahə BAYINDIR

👁 300