Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana gəlməyi planlaşdırır

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu açıqlayıb.

Türkiyə lideri bu barədə Cənubi Koreyadan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb. O bildirib ki, fövqəladə bir vəziyyət yaranmasa, Azərbaycanın Zəfər Günü münasibətilə Bakıya gəlməyi planlaşdırır.

Ərdoğanın mümkün səfəri iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər və Zəfər Günü tədbirləri baxımından diqqət çəkir. Səfərin proqramı və keçiriləcək görüşlərlə bağlı əlavə məlumatın açıqlanması gözlənilir.

İlahə BAYINDIR

👁 240