953 uşaq ailələrinə qaytarılıb: Reinteqrasiya istiqamətində mühüm nəticə

05.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda ailə mühitindən kənarda qalmış uşaqların yenidən ailələrinə qovuşması istiqamətində görülən işlər nəticə verib.

Məlumata görə, həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 953 uşağın ailələri ilə yenidən birləşməsi təmin olunub.

Bu proses uşaqların ailə mühitində böyüməsi, sosial uyğunlaşması və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ailə qayğısına qayıdış uşaqların gələcək inkişafı üçün vacib imkan yaradır.

İlahə BAYINDIR

👁 130
Teqlər: