Monteneqro Avropa İttifaqına üzvlüyə doğru irəliləyir: 2028-ci il hədəf kimi göstərilir

ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqının genişlənmə prosesi ilə bağlı yayılan yeni qiymətləndirmələr Monteneqronun üzvlük istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir.
Avropa Komissiyasının 2026-cı il üzrə genişlənmə hesabatında Monteneqronun namizəd ölkələr arasında ən irəlidə olan dövlətlərdən biri olduğu qeyd edilir. Ölkə danışıqlar çərçivəsində 33 bölmənin hamısını açıb, onlardan 21-i üzrə müvəqqəti razılaşma əldə olunub.
Brüsselin qiymətləndirməsinə görə, Monteneqro qalan danışıqları 2026-cı ilin sonunadək tamamlamaq və 2028-ci ildə Avropa İttifaqının üzvü olmaq istiqamətində irəliləyə bilər.
Avropa Komissiyası Albaniya və Moldovanın da üzvlük prosesində irəliləyiş göstərdiyini bildirir. Ukrayna ilə bağlı isə hüququn aliliyi, demokratik institutlar və dövlət idarəçiliyində islahatlar əsas prioritetlər kimi vurğulanır.
Serbiyanın Avropa İttifaqına inteqrasiya prosesində isə demokratik standartlar və siyasi vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır.
Monteneqronun üzvlük hədəfinə çatması üçün danışıqların tamamlanması ilə yanaşı, bütün üzv dövlətlərin razılığı və üzvlük müqaviləsinin ratifikasiyası da tələb olunur.
İlahə BAYINDIR




