Hakerlər Fransanın Qan Bankının Soyuducu Sistemlərinə Sızdılar

Avropa miqyasında mağazalar şəbəkəsinə zərbə vuran kibehücumun Fransanın Milli Qan Xidmətinə (EFS) aid soyuq saxlanma obyektlərinə də təsir etdiyi məlum olub.
ELAZ.INFO xəbər verir ki, Fransa mətbuatında yayılan məlumatlara görə, kiberquldurlar qan nümunələrinin saxlanıldığı soyuducuların idarəetmə bloklarına qanunsuz daxil olaraq temperauturu 110°C-yə qədər qaldırmağa proqramlaşdırıblar. Baş verən bu kiberhücum nəticəsində hakerlər soyuducu sistemlərin tənzimlənməsini pozduqları üçün Avropanın səkkiz ölkəsindəki supermarketlər külli miqdarda xarab olmuş ərzaq məhsulunu zibilə atmaq məcburiyyətində qalıblar. Fransa Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlama verərək müdaxilənin vaxtında aşkar edildiyini və qan bankının əməliyyat fəaliyyətində hər hansı fəsad və ya fasilə yaranmadığını bildirib.
Ruslan MƏMMƏDOV 🖋️




