Oman sahillərində tankerə iki naməlum obyektlə zərbə endirilib

ELAZ.İNFO xəbər verir ki, Oman sahillərində hərəkət edən tanker naməlum mənşəli iki mərmi və ya uçan obyektin zərbəsinə məruz qalıb. Hadisə barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident Oman sahilindəki Limah ərazisinin təxminən 14 dəniz mili şimal-şərqində baş verib. Tankerin təhlükəsizlik üzrə məsul şəxsi hər iki obyektin gəminin mühərrik bölməsinə dəydiyini bildirib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb və dəniz mühitinə zərər dəyməyib. Tankerin adı və zərbənin hansı mənbədən endirildiyi açıqlanmayıb.
UKMTO bölgədə üzən gəmiləri ehtiyatlı olmağa və şübhəli halları aidiyyəti qurumlara bildirməyə çağırıb.
İlahə BAYINDIR
140




