Avropanın enerji xərcləri 127 milyard avroya çatıb

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqının enerji idxalı ilə bağlı əlavə xərcləri ilin əvvəlindən bəri 127 milyard avroya yüksəlib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən texnologiya konfransında danışıb.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması nəticəsində Avropa xaricdən aldığı neft və qaz üçün əvvəlkindən daha çox vəsait xərcləməli olub. Oktyabrın ortalarında açıqlanan göstərici 106 milyard avro idi. Beləliklə, qısa müddətdə əlavə xərc 21 milyard avro artıb.

Fon der Lyayen enerji təchizatında xarici asılılığın yaratdığı riskləri vurğulayaraq alternativ enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini qeyd edib. Avropa Komissiyası 2050-ci ilədək iqtisadiyyatın karbon emissiyalarını sıfıra endirmək hədəfini də qüvvədə saxlayır.

Günel GÜNTAC

👁 190
Teqlər: