Floridada güclü daşqınlar: İki nəfər ölüb, yüzlərlə insan xilas edilib

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Florida ştatında davam edən güclü yağışlar ciddi daşqınlara səbəb olub. Ən ağır vəziyyətin Palm Bay və ətraf ərazilərdə qeydə alındığı bildirilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, fəlakət nəticəsində iki nəfər həyatını itirib. Daşqın zonalarında qalan yüzlərlə insan xilasedicilərin köməyi ilə təhlükəsiz ərazilərə çıxarılıb.

Bəzi yaşayış evlərinə ciddi ziyan dəyib, yollar su altında qalıb, ayrı-ayrı məhəllələrlə nəqliyyat əlaqəsi çətinləşib. Xilasedicilər əməliyyatlarda qayıqlardan və xüsusi yüksək keçid qabiliyyətinə malik texnikadan istifadə ediblər.

Rəsmilər suyun çəkilməsinin bir neçə gün davam edə biləcəyini nəzərə alaraq sakinləri su basmış yollara daxil olmamağa çağırıblar.

Günel GÜNTAC

👁 100