Azərbaycan idmançıları oktyabrda beynəlxalq yarışlardan 168 medalla qayıdıblar

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan idmançıları oktyabr ayı ərzində beynəlxalq arenalarda uğurlu nəticələr əldə ediblər. Ay ərzində müxtəlif idman növləri üzrə keçirilən yarışlarda ölkəmizi təmsil edən atletlər ümumilikdə 168 medal qazanıblar.
Gənclər və idman naziri Fərid Qayıbovun idmançılarla görüşündə açıqlanan statistikaya əsasən, medalların 51-i qızıl, 43-ü gümüş, 74-ü isə bürünc olub.
Məlumata görə, Azərbaycan bayrağı və himni oktyabrda 17 ölkədə keçirilən yarışlarda təmsil olunub. Nəticələr ölkənin müxtəlif idman istiqamətlərində beynəlxalq iştirakının davam etdiyini göstərir.
İslam MAHMUDOV
210




