Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard dolları ötüb

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında artım qeydə alınıb. Oktyabrın sonuna olan göstəriciyə əsasən, ehtiyatların ümumi həcmi 15 milyard 430,4 milyon ABŞ dollarına çatıb.
Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir ki, bu rəqəm sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44 faiz çoxdur.
İlin əvvəlindən oktyabrın sonunadək ehtiyatların həcmi 3 milyard 915,5 milyon dollar artıb. Bu, 34 faizlik yüksəliş deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 4 milyard 62,1 milyon dollar təşkil edib.
Valyuta ehtiyatlarının həcmi ölkənin maliyyə dayanıqlılığı və xarici iqtisadi risklərə qarşı imkanları baxımından mühüm göstəricilərdən hesab olunur.
Günel GÜNTAC
220




