Bakıda metal heykəllər sərgisi: Qafqazın vəhşi təbiəti incəsənətdə canlandırılıb

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda “Baku Steel Art 2026” adlı açıq hava sərgisi ziyarətçilərin diqqətinə təqdim olunub.

Layihə çərçivəsində Qafqazın beş simvolik heyvanı – ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalı metal heykəllər vasitəsilə təsvir edilib.

Beynəlxalq metal simpoziumunda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan olan 14 rəssam iştirak edib.

Sərgi Dənizkənarı Milli Parkda, Daş Salnamə Muzeyinin yaxınlığında yerləşdirilib və noyabr ayının sonunadək ziyarətçilər üçün açıq olacaq.

Günel GÜNTAC

👁 150