Aşıq sənətinin gələcəyi müzakirə olundu: Gənc ifaçılara diqqət artırılır

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında aşıq sənətinin müasir dövrdə tədrisi ilə bağlı dəyirmi masa keçirilib.

Noyabrın 3-də təşkil olunan müzakirədə bu sənətin qorunması, yeni nəslə öyrədilməsi və gənc ifaçıların yaradıcılığının dəstəklənməsi məsələləri ön plana çıxıb.

Tədbir iştirakçıları ilk Kəlbəcər Aşıq Festivalının nəticələrini də nəzərdən keçiriblər. Müzakirələrdə aşıq sənətinin yalnız ənənəvi ifa forması kimi deyil, həm də milli mədəni kimliyin mühüm hissəsi kimi yaşadılmasının vacibliyi vurğulanıb.

Günel GÜNTAC

👁 140