Gəncədə yaşlı qadının ölümü ilə bağlı cinayət işi araşdırılır

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Gəncə şəhərində yaşlı qadının ölümü ilə nəticələnən hadisə üzrə hüquq-mühafizə orqanları araşdırma aparır.

Yayılan məlumata əsasən, hadisə Həsən Zərdabi Tağıyev küçəsində qeydə alınıb. 1938-ci il təvəllüdlü qadın aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. İlkin araşdırma zamanı onun qohumu tərəfindən döyüldüyü ehtimalı ortaya çıxıb.

Hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Qeyd edək ki, cinayət işi üzrə yekun hüquqi qiymət istintaqın nəticələrinə uyğun veriləcək.

İlahə BAYINDIR

👁 110